QR CodeQR Code

ABŞ İranın Müdafiə Nazirliyinə və Venesuela prezidentinə qarşı sanksiya tətbiq edib

22 Sep 2020 07:37

İslamTimes: İrana qarşı sanksiya çağırışı dünya ölkələri tərəfindən rədd edilən ABŞ İrana və Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.


APA “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, sanksiya tədbirləri ölkənin nüvə proqramında iştirakına görə beş iranlı alimə və İran müdafiə sənayesinə, onun rəhbərliyinə, həmçinin Venesuela prezidenti Nikolas Maduroya qarşı tətbiq olunur. Pompeo deyib ki, müvafiq fərman ABŞ prezidenti Donald Tramp tərəfindən 21 sentyabrda imzalanıb.

“Bu fərmana əsasən, ilk addım İran Müdafiə Nazirliyinə və İran Silahlı Qüvvələrinin maddi-texniki bölmələrinə sanksiyaların tətbiq edilməsidir. Həmçinin İranla əlaqəsinə görə Maduroya qarşı sanksiya tətbiq olunur”, - Pompeo belə deyib.

İrana qarşı BMT sanksiyalarının bərpası üçün bütün fəaliyyətləri puça çıxan və biabırçı şəkildə dünya ölkələri tərəfindən rədd edilən ABŞ yenidən bildirib ki, Tehrana qarşı silah embarqosunu bərpa edəcək.

 


Story Code: 887651

News Link :
https://www.islamtimes.org/az/news/887651/abş-iranın-müdafiə-nazirliyinə-və-venesuela-prezidentinə-qarşı-sanksiya-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org