QR CodeQR Code

Tramp "TikTok"la bağlı razılaşmanın hələlik ilkin mərhələdə olduğunu deyib

22 Sep 2020 09:07

İslamTimes: ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkə markası olan “TikTok”un Amerika “Oracle” və “Walmart” şirkətlərinə satılması ilə bağlı razılaşmanın hələ ki ilkin mərhələdə olduğunu bildirib.


APA “TASS”-a istinadən xəbər verir ki, o bu tətbiqə girişin hər an ləğv edilə biləcəyinə diqqət çəkib.

“Bu, işləmə mərhələsindədir. Mən ilkin razılıq verdim. “Oracle” və “Walmart” kimi iki böyük şirkət bunun üzərində işləyir. Bunu davam etdirə bilsək, davam etdirəcəyik. Əks təqdirdə sosial şəbəkəyə girişi deaktiv edəcəyik. Bizə tam təhlükəsizlik lazımdır. Bu yeganə məqam çox vacibdir”, - Tramp belə deyib.


Story Code: 887666

News Link :
https://www.islamtimes.org/az/news/887666/tramp-tiktok-la-bağlı-razılaşmanın-hələlik-ilkin-mərhələdə-olduğunu-deyib

Islam Times
  https://www.islamtimes.org