QR CodeQR Code

Hindistanın Baş naziri BMT-də islahatlara çağırıb

22 Sep 2020 09:26

İslamTimes: Birləşmiş Millətlər Təşkilatının (BMT) islahatlara ehtiyacı var, bunsuz dövrümüzün çağırışlarına cavab vermək mümkün deyil.


“Report” xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxışı zamanı deyib.

“Köhnəlmiş quruluşlarla bu günün problemlərinə qarşı mübarizə apara bilmərik. Hərtərəfli islahatlar olmadan BMT özünə inam böhranı ilə üzləşir. Günümüzün bir-biri ilə əlaqəli dünyası üçün günümüzün reallıqlarını əks etdirən, bütün maraqlı tərəflərə səs verən, müasir məsələləri həll edən və insanın rifahına yönəlmiş, islah edilmiş çoxtərəfli bir yanaşmaya ehtiyacımız var” deyə o bildirib.

Modi, BMT Baş Məclisinin qəbul edilmiş Bəyannaməsində əks olunduğu kimi, üzv ölkələrin hələ də münaqişələrin qarşısının alınması, ümumdünya inkişafının təmin edilməsi, iqlim dəyişikliyi problemlərinin həlli, bərabərsizliyin azaldılması və rəqəmsal texnologiyalardan səmərəli istifadə edilməsi üçün iş görmələri lazım olduğunu qeyd edib.


Story Code: 887670

News Link :
https://www.islamtimes.org/az/news/887670/hindistanın-baş-naziri-bmt-də-islahatlara-çağırıb

Islam Times
  https://www.islamtimes.org