0
Tuesday 22 September 2020 - 09:35

Tramp sabiq məsləhətçisini "sarsaq", "axmaq" adlandırdı

Story Code : 887674
Tramp sabiq məsləhətçisini "sarsaq", "axmaq" adlandırdı
APA “CNN”ə istinadən xəbər verir ki, Tramp onu “axmaq” deyə adlandırıb.

“Əgər bu axmağa qulaq assaydım, indi 5-ci dünya müharibəsini yaşayardıq”, - deyə prezident prezident seçkiləri öncəsi Ohayo ştatının Deyton şəhərində seçiciləri ilə görüşündə belə deyib.

Keçmiş müşaviri Con Boltonu tənqid edən Ağ Ev rəhbəri, həmçinin Demokratlar partiyasından olan namizəd – seçkilərdəki rəqibi Co Baydenə məğlub olacağını uğursuzluq kimi qiymətləndirib: “Bayden qalib gəlsə, tarixin ən pis namizədinə seçkiləri uduzacağam. Bayden dəyişməz bir qlobalistdir. Bilirsiniz ki, qlobalistlər kənarda qalıblar. Onlar bu ölkəni məhv ediblər”.