0
Tuesday 22 September 2020 - 12:07

Cavad Zərif: "İran müzakirə olunan məsələni yenidən müzakirə etməyəcək" 

Story Code : 887723
Cavad Zərif: "İran müzakirə olunan məsələni yenidən müzakirə etməyəcək" 
ABŞ Xarici Əlaqələr Şurasında çıxış edən Cavad Zərif ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirib.   

"Beynəlxalq hüquqa hörmət edirik, nüvə sazişinə beynəlxalq bir müqavilə kimi hörmət edirik və heç vaxt bir ölkəyə hücum etməmişik. Beynəlxalq ictimaiyyətin beynəlxalq normaların pozulmasından narahat olmasına səbəb olan Amerikadır. ABŞ-ın nüvə sazişinə qayıtması ilə əlaqədar olaraq, bu razılığa hörmət etdiyini göstərməli olan ABŞ-dır, biz hələ bu sazişin üzvüyük. Bu gün İran ABŞ lisenziyasının olmaması səbəbindən koronavirus peyvəndi sifariş edə bilmir".  /Eastnews/