0
Tuesday 22 September 2020 - 14:12

İngiltərə: İranla razılaşmanı tam qətiyyətlə dəstəkləyirik!

Story Code : 887755
İngiltərə: İranla razılaşmanı tam qətiyyətlə dəstəkləyirik!
İngiltərə dövlətinin rəsmi veb səhifəsində yer alan məlumata görə, Mühafizəkarlar Partiyasının üzvü Nədim Zəhavi deyib: "Rəsmi London İranla imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planı sazişini tam dəstəkləyir və bu razılaşmanın ümumi sülhə, təhlükəsizliyə böyük fayda verdiyi üçün onu daim qoruyacaq."

Zahavi əlavə edib ki, London Tehranı nüvə anlaşmasında qeyd olunan öhdəliklərə əməl edilməsinə davam etməyə də çağırıb.

ABŞ-ın "Snapback" (tətik) mexanizmini işə salaraq BMT-nin İrana qarşı bütün sanksiyalarını bərpa etdiyini iddia etməsi bütün beynəlxalq təşkilatlar və Avropa ölkələri tərəfindən sərt şəkildə tənqid edilib. 

BMT-nin baş katibi, Təhlükəsizlik Şurası və İngiltərə, Fransa, Almaniya, Rusiya kimi ölkələr ABŞ-ın belə bir qərar qəbul etmək hüququna malik olmadığını bildiriblər. 
Source : IslamTimes