QR CodeQR Code

Bolton: ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək səyləri boşa çıxdı

IslamTimes , 22 Sep 2020 15:01

İslamTimes: ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə sabiq məsləhətçisi Con Bolton prezidenti tətik mexanizmini işə salaraq BMT-nin İrana qarşı sanksiyalarını bərpa etməyə çalışdığı üçün tənqid edib.


Ağ Evin hazırkı administrasiyasındakı üçüncü milli təhlükəsizlik müşaviri olmuş Con Bolton Donald Trampın BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün tətik mexanizmini işə salmaq təlaşlarına münasibət bildirib.

Daha öncələr Corc Buşun prezidentliyi dönəmində ABŞ-ın BMT-dəki nümayəndəsi vəzifəsində çalışmış Con Bolton Vaşinqtonun tətik mexanizminə əl atacağı təqdirdə hansı xoşagəlməz hadisələr yaşanacağı haqda xəbərdarlıq etmişdi. Bolton bildirmişdi ki, ABŞ İranla razılaşmanı tərk etdiyi üçün tətik mexanizmini işə salmaq hüququna malik deyil və bu addımı atarsa, sadəcə özünü BMT və Təhlükəsizlik Şurasında hörmətdən salacaq!

Qeyd edək ki, Trampın BMT-nin İrana qarşı sanksiyaları bərpa etməklə bağlı tələbi Antonio Quterreş tərəfindən də rədd edildikdən sonra ABŞ prezidenti bu biabırçılığı həzm etməkdə çətinlik çəkir. Digər ölkələrin sanksiyalara qoşulmaqdan boyun qaçırmasına baxmayaraq ABŞ İrana qarşı təkbaşına sanksiyalar tətbiq etməyə çalışır.


Story Code: 887761

News Link :
https://www.islamtimes.org/az/news/887761/bolton-abş-ın-irana-qarşı-sanksiyaları-bərpa-etmək-səyləri-boşa-çıxdı

Islam Times
  https://www.islamtimes.org