0
Tuesday 22 September 2020 - 16:13

Lavrov: ABŞ-ın İrana sanksiya tətbiq etmək üçün qanuni bir yolu yoxdur!

Story Code : 887776
Lavrov: ABŞ-ın İrana sanksiya tətbiq etmək üçün qanuni bir yolu yoxdur!
Sergey Lavrov Əl-Ərəbiyə qəzetinə verdiyi müsahibədə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qanunsuz olduğunu və BMT-nin İranın silah ticarətinə qarşı tətbiq etdiyi sanksiyaların 18 oktyabrda sona çatacağını bildirib.

Rusiya xarici işlər naziri ABŞ-ın İranla razılaşmanı tərk etdiyi halda tətik mexanizmini işə salması ilə bağlı səylərini İngilis məsəlinə bənzədib: "Onlar tortu toxunulmaz saxlayaraq ondan dadmaq istəyirlər!" 

Lavrov ABŞ-ın İranla 5+1 arasındakı razılaşmadan çıxdığını xatırladıb və bildirib ki, ABŞ bu sazişdən çıxdığı üçün Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində qeyd edildiyi kimi, İrana qarşı sanksiyaları bərpa etmək hüququna malik deyil!

Rusiya XİN başçısı ABŞ-ın bütün sanksiyaları bərpa etməyə çalışacağını, lakin buna nail olmayacağını təkidlə bildirib. Çünki ABŞ Təhlükəsizlik Şurasının təsdiqlədiyi müqaviləni ayaq altına alıb və rəsmi olaraq bu müqaviləni tərk edib!
Source : IslamTimes