0
Monday 1 August 2011 - 23:22

Novella Cəfəroğlu: “AİP-in yəhudilərə qarşı hansısa plan hazırlaması ola bilməz"

Story Code : 88781
AİP-in yəhudilərə qarşı hansısa plan hazırlaması ola bilməz
AİP-in yəhudilərə qarşı hansısa plan hazırlaması ola bilməz
Bununla bağlı DEVAMM sədri Hacı lqar İbrahimoğlu bəyanatla çıxış edərək sözgedən ittihamı absurd kimi qiymətləndirimş və ölkə ictimaiyyətini bununla bağlı mövqe sərgiləməyə çağırmışdır.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Deyerler.org-a münasibətini belə açıqlamışdır: “Dünyada heç vaxt İslam tərəfdarları belə şeylər etməzlər. AİP-in Fələstin məsələsində fikir ayrılıqları ola bilər, İslam tərəfdarları bu məsələdə etirazlar edə bilərlər. Amma güya yəhudilərə qarşı hansısa ölüm planları hazırlayıblar - ola biməz. Yəhudilərə burada hər hansısa təzyiqlərin olması və bu kimi məsələlər Azərbaycanda heç vaxt olmayıb. Nə Azərbaycanda, nə də İslam dünyasında belə hallar olub. Azərbaycanda İslam tərəfdarları heç vaxt yəhudilərə qarşı hər hansı zorakılıq etməyiblər. Həqiqətdə Fələstin-İsrail münasibətlərində fikri ayrılıqları ola bilər. Kimsə deyə bilər ki, biz Fələstini, bir başqası da deyə bilər ki, qarşı tərəfi müdafiə edirik. Bu, başqa məsələdir. Amma Azərbaycanın özündə yəhudilərə qarşı heç vaxt İslam tərəfdarları tərəfindən təzyiq olmayıb. Adi təzyiqlər olmayıb, o ki qalmışdı öldürmək və sair bu kimi nə isə ola”.
Comment