0
Wednesday 23 September 2020 - 00:51

Fələstin Ərəb Liqasına sədrlikdən imtina etdi

Story Code : 887860
Fələstin Ərəb Liqasına sədrlikdən imtina etdi
Bu barədə jurnalistlərə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.   

Sentyabrın 15-də Vaşinqtonda imzalanmış sazişi pisləyən fələstinli nazir qeyd edib ki, ərəb dövlətlərinin bu addımı onlara qarşı xəyanətdir. O əlavə edib ki, məhz Fələstinin sədrliyi dövründə İsraillə münasibətlərin normallaşması səbəbindən növbəti 6 ay müddətinə Ərəb Liqasına sədrlik etmək məqsədəuyğun deyil. Nazir bildirib ki, bu qərar təşkilatın Baş katibi Əhməd Əbu Qeytə də çatdırılıb. /Eastnews/