QR CodeQR Code

Fələstin Ərəb Liqasına sədrlikdən imtina etdi

23 Sep 2020 00:51

İslamTmes: .org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığının İsrail rejimi ilə münasibətləri normallaşdırmasına etirazını bildirən Fələstin Ərəb Liqasına sədrlikdən imtina edib.


Bu barədə jurnalistlərə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.   

Sentyabrın 15-də Vaşinqtonda imzalanmış sazişi pisləyən fələstinli nazir qeyd edib ki, ərəb dövlətlərinin bu addımı onlara qarşı xəyanətdir. O əlavə edib ki, məhz Fələstinin sədrliyi dövründə İsraillə münasibətlərin normallaşması səbəbindən növbəti 6 ay müddətinə Ərəb Liqasına sədrlik etmək məqsədəuyğun deyil. Nazir bildirib ki, bu qərar təşkilatın Baş katibi Əhməd Əbu Qeytə də çatdırılıb. /Eastnews/


Story Code: 887860

News Link :
https://www.islamtimes.org/az/news/887860/fələstin-ərəb-liqasına-sədrlikdən-imtina-etdi

Islam Times
  https://www.islamtimes.org