0
Wednesday 23 September 2020 - 10:07

ABŞ bizi nə müzakirəyə məcbur edə bilər nə də müharibəyə – Həsən Ruhani

Story Code : 887894
ABŞ bizi nə müzakirəyə məcbur edə bilər nə də müharibəyə – Həsən Ruhani
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 75-ci toplantısında çıxışı zamanı deyib.

Həsən Ruhani videokonfrans formatında keçirilən bu toplantıda ABŞ-ın beynəlxalq qanunlara məhəl qoymadığını, İrana və bir çox dünya ölkələrinə qarşı birtərəfli addımlar atdığını və buna görə beynəlxalq təşkilatlarda uduzduğunu bildirib.

İran prezidenti dünya ictimaiyyətini ABŞ-ın hegemonluğu qarşısında durmağa və ona yox deməyə çağırıb.

“ABŞ polisinin bir etirazçı vətəndaşla rəftarını bütün dünya gördü. Bu səhnə bizə tanışdır. Boyuna qoyulan o diz illərdir müstəqil xalqların boynuna qoyulan ayaqdır. Biz bu səhnə ilə tanışıq . İllərdi İran xalqı azadlığını və hegemonluqdan xilas olmaq üçün çağırışlarına görə belə bədəlləri ödəyir”, deyə Həsən Ruhani dünya ictimaiyyətini ABŞ-a dur deməyə çağırıb.