QR CodeQR Code

ABŞ bizi nə müzakirəyə məcbur edə bilər nə də müharibəyə – Həsən Ruhani

23 Sep 2020 10:07

İslamTimes: “Dünya ictimaiyyətinin ABŞ-a dur deməsinin, quldurluğa son qoymasının vaxtı çatıb. Artıq hegemonluq dövrü bitib. İndi ABŞ bizi nə müzakirəyə məcbur edə bilər, nə də müharibəyə!”


SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 75-ci toplantısında çıxışı zamanı deyib.

Həsən Ruhani videokonfrans formatında keçirilən bu toplantıda ABŞ-ın beynəlxalq qanunlara məhəl qoymadığını, İrana və bir çox dünya ölkələrinə qarşı birtərəfli addımlar atdığını və buna görə beynəlxalq təşkilatlarda uduzduğunu bildirib.

İran prezidenti dünya ictimaiyyətini ABŞ-ın hegemonluğu qarşısında durmağa və ona yox deməyə çağırıb.

“ABŞ polisinin bir etirazçı vətəndaşla rəftarını bütün dünya gördü. Bu səhnə bizə tanışdır. Boyuna qoyulan o diz illərdir müstəqil xalqların boynuna qoyulan ayaqdır. Biz bu səhnə ilə tanışıq . İllərdi İran xalqı azadlığını və hegemonluqdan xilas olmaq üçün çağırışlarına görə belə bədəlləri ödəyir”, deyə Həsən Ruhani dünya ictimaiyyətini ABŞ-a dur deməyə çağırıb.


Story Code: 887894

News Link :
https://www.islamtimes.org/az/news/887894/abş-bizi-nə-müzakirəyə-məcbur-edə-bilər-də-müharibəyə-həsən-ruhani

Islam Times
  https://www.islamtimes.org