0
Wednesday 23 September 2020 - 10:17

Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib

Story Code : 887897
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərlə söhbətində Ağ Evin mətbuat katibi Keyli Makineni ABŞ liderinin Rusiya və Çində istehsal edilən peyvəndlərdən istifadə etməyə hazır olub-olmadığı sualını cavablandırarkən deyib.

Mətbuat katib Trampdan sitat gətirib: “Mənim üçün xarakterik olmayan bir şey söyləyəcəyəm, amma həqiqətən, mənim üçün fərqi yoxdur, sadəcə, işə yarayan bir peyvəndin olmasını istəyirəm. Başqa bir ölkənin istehsalı olması məni maraqlandırmır. Onların qarşısında papaqla şəkil də çəkdirəcəyəm”.

Keyli Makineni əlavə edib ki, hazırda Ağ Evə görə ən perspektivlisi İngilis-İsveç əczaçılıq şirkəti olan “AstraZeneca” tərəfindən Oksford Universitetinin alimləri ilə birlikdə hazırlanan peyvənddir.