0
Wednesday 23 September 2020 - 10:27

Makron yenidən ABŞ-a meydan oxudu

Story Code : 887898
Makron yenidən ABŞ-a meydan oxudu
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Kollektiv təhlükəsizliyimizi Avropanın özündən başqa güclərə həvalə etməyəcəyimizi çox açıq şəkildə bildirmək istəyirəm. Ümid edirəm ki, biz avropalılar kollektiv təhlükəsizliyimizlə bağlı bütün qonşularımızla hərtərəfli və iddialı bir müzakirə çərçivəsini yenidən qura biləcəyik”, - Makron bildirib.

Qeyd edək ki, Makron uzun müddətdir Avropa ordusunun yaradılmasını və ABŞ-dan bu istiqamətdə asılılığa son qoyulmasını təklif edir.