QR CodeQR Code

Makron yenidən ABŞ-a meydan oxudu

23 Sep 2020 10:27

İslamTimes: Avropa qonşu dövlətlərlə birlikdə kollektiv təhlükəsizlik üçün yeni bir çərçivə yaratmalıdır. Və bu məsələdə üçüncü ölkələr arasındakı müqavilələrə etibar etməyəcək.


Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Kollektiv təhlükəsizliyimizi Avropanın özündən başqa güclərə həvalə etməyəcəyimizi çox açıq şəkildə bildirmək istəyirəm. Ümid edirəm ki, biz avropalılar kollektiv təhlükəsizliyimizlə bağlı bütün qonşularımızla hərtərəfli və iddialı bir müzakirə çərçivəsini yenidən qura biləcəyik”, - Makron bildirib.

Qeyd edək ki, Makron uzun müddətdir Avropa ordusunun yaradılmasını və ABŞ-dan bu istiqamətdə asılılığa son qoyulmasını təklif edir.


Story Code: 887898

News Link :
https://www.islamtimes.org/az/news/887898/makron-yenidən-abş-a-meydan-oxudu

Islam Times
  https://www.islamtimes.org