0
Thursday 24 September 2020 - 10:21

Lavrov və Zərif son üç ayda üçüncü dəfə Moskvada görüşəcəklər

Story Code : 888108
Lavrov və Zərif son üç ayda üçüncü dəfə Moskvada görüşəcəklər
APA “TASS”-a istinadən xəbər verir ki, nazirlərin görüşünün əsas mövzusu, Zərifin 16 iyun və 21 iyul tarixlərində Moskvaya etdiyi səfərlərlərdə də olduğu kimi, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyət olacaq. Bundan əlavə, tərəflər Suriya və Əfqanıstandakı nizamlanmanı da nəzərdən keçirəcəklər.

“İranın nüvə proqramı, Suriyadakı vəziyyət, Əfqanıstan və Fars körfəzi bölgəsindəki Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyət, bir sıra aktual beynəlxalq mövzuların müzakirəsi planlaşdırılır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşü elan edərkən bildirib.