0
Thursday 24 September 2020 - 16:33

Lutan: Trampın İrana qarşı siyasəti ABŞ-ın özünün "vurulması" ilə nəticələndi

Story Code : 888164
Lutan: Trampın İrana qarşı siyasəti ABŞ-ın özünün "vurulması" ilə nəticələndi
Qəzet yazıb ki, BMT, Təhlükəsizlik Şurası və müxtəlif ölkələrin etirazına baxmayaraq, Trampın israrla tətik mexanizmini işə salmaq qərarı sonda dünya ölkələrinin İrandan deyil, ABŞ-dan üz döndərməsinə səbəb olub.

Obama dövləti və Avropa Birliyinin İranla uzun müzakirələrdən sonra zəhmətlə əldə edilən HBFP razılaşmasında ABŞ-ın özünün də maraqları nəzərə alınmışdı. Amma Trampın bu razılaşma sənədini yırtaraq, İranı razılaşmadan çıxmağa sövq etməsi rəsmi Vaşinqtonun özünə doğru açdığı atəş kimi dəyərləndirilib.

Fransa prezidenti son bəyanatında bildirib ki, rəsmi Tehran nüvə razılaşmasından sonra müsbət addımlar atdığından və razılaşmaya sadiq qaldığından bu ölkəyə qarşı sanksiyaların bərpa edilməsinə razılıq verməyəcək.
Source : IslamTimes