QR CodeQR Code

Həşd Şəbi: İraq Silahlı Qüvvələrinin bütün əmrlərinə tabeyik!

IslamTimes , 24 Sep 2020 16:51

İslamTimes: İraq Silahlı Qüvvələrinin tərkibində olan Həşd əl-Şəbi bidirib ki, İraq torpaqlarının müdafiəsindən başqa bir hədəfi yoxdur.


Könüllülərdən ibarət olan Həşd Şəbi son bəyanatında bildirib: "Bizim Təşkilat yarandığı gündən indiyədək uca Allahın razılığını qazanmaq və düşmənlərin İraqdan çıxarılmasından başqa bir şey ardınca olmayıb!"
"Əl-Siyasət Nyus" xəbər agentliyi Həşd Şəbi Təşkilatının bəyanatını dərc edib və bildirib ki, İraqda müxtəlif məzhəb nümayəndələri olsa da, Həşd Şəbi könüllülərini bütün İraq xalqı sevir və onları dəstəkləyir.

Könüllülərdən ibarət olan bu təşkilat bir daha təkidlə bildirib ki, İraq Silahlı Qüvvələrinin bütün əmrlərinə tabedir və özbaşına fəaliyyət göstərmir.

Qeyd edək ki, İŞİD terror təşkilatının İraqdan çıxarılmasında inanılmaz fədakarlıqlar edən Həşd-Şəbiyə qarşı ABŞ tərəfindən daim terror hücumları həyata keçirilir. Bu günədək ABŞ ordusu terrorçuları bir neçə Həşd Şəbi komandirini hava hücumları ilə hədəf alaraq terror edib.
 


Story Code: 888167

News Link :
https://www.islamtimes.org/az/news/888167/həşd-şəbi-iraq-silahlı-qüvvələrinin-bütün-əmrlərinə-tabeyik

Islam Times
  https://www.islamtimes.org