0
Tuesday 2 August 2011 - 04:43

Rusiya ABŞ Senatındakıların savadsız olduğunu söylədi

Story Code : 88821
Rusiya ABŞ Senatındakıların savadsız olduğunu söylədi
Rusiya ABŞ Senatındakıların savadsız olduğunu söylədi
Rusiya ABŞ Senatının Moskvanı silahlı qüvvələrini Gürcüstandan müstəqilliyini elan etmiş separatçı Cənubi Osetiya və Abxaziya ərazilərindən çıxarmağa çağıran qətnaməsini kəskin tənqid edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, qətnamə Vaşinqtonun Moskvaya 2008-ci ildə Gürcüstanla müharibəyə son qoymuş atəşkəsin şərtlərinə əməl etmək haqda növbəti çağırışı kimi qiymətləndirilir. Rusiya Xarici İşlər nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Rusiya silahlı qüvvələrinin bu iki ərazini işğal etməsi haqda iddiaların nə hüquqi, nə də faktiki əsası yoxdur. O əlavə edib ki, bu kimi bəyanatlar Tbilisini revanşist addımların atılmasına, Gürcüstanı isə əməkdaşlıq etməməyə sövq edir. Münaqişədən sonra Gürcüstanın bu iki ərazisinin müstəqilliyini tanıyan Rusiya burada öz bazalarını saxlayır. Lukaşeviç deyib ki, Cənubi Osetiya və Abxaziya müstəqil olduğu üçün Gürcüstan ərazisində rus əsgərlərinin mövcud olduğunu hesab etmək olmaz.
Rusiya ABŞ senatının axmaq fikirlərlə çıxış etdiyini bildirərək senatdakıların savadsız olduğunu söyləyib.
Comment