QR CodeQR Code

Azərbaycanda İmam Döyüşçülərinin əməliyyatı

2 Aug 2011 04:55

IslamTimes - “Condollah”ın sabiq başçısı, dünya çaplı terrorçu Əbdülmalik Rigi İran təhlükəsizlik qüvvələrinin “Sərbazani-gomnami-imam-zaman” adlanan xüsusi qrupu tərəfindən hava reysində yaxalandıqdan sonra bu qrup dünyada məşhurlaşdı.


Tərcümədə “İmam-Zamanın gizli əsgərləri” mənasını verən bu ad altında İslama sədaqətli və son döyüş hazırlığına malik gənclər vəzifə borcunu yerinə yetirir.
Xüsusi qrupun son əməliyyatı ötən gün Qərbi Azərbaycan ustanında həyata keçirilib. PEJAK terror qruplaşmasının İraq ərazisindən İrana keçmiş 7 üzvü xüsusi əməliyyat gedişində zərərsizləşdirilib.
Terror qrupuna “Cəmil” ləqəbli Murad Qarasaç rəhbərlik edib. Türkiyə vətəndaşı olan Qarasaç İranın Maku şəhərinin sünnə əhlindən olan ruhanisi Molla Səidxoşun qətli ilə bağlı axtarılırdı. Bu qrup İran əhalisi arasında sünni-şiə münaqişəsi yaratmaq üçün sünni ruhanilərin terrorunda ad çıxarmışdı. İrandan Türkiyyə qaz ötürən borunun partladılması da bu qrupun cinayətlərindəndir. /HaqqYolu/


Story Code: 88822

News Link :
https://www.islamtimes.org/az/news/88822/azərbaycanda-imam-döyüşçülərinin-əməliyyatı

Islam Times
  https://www.islamtimes.org