0
Saturday 26 September 2020 - 07:56

Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb

Story Code : 888460
Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb
APA "RİA Novosti"yə istinadən xəbər verir ki bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.

Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.

Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən “uçuş qaydalarının və ona hazırlığın pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

“Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir”, - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub.