QR CodeQR Code

İran yeni radar sistemlərini təqdim etdi

26 Sep 2020 08:09

İslamTimes: İranın tam yerli istehsalı olan “Misak” və “Suruş” adlı iki yeni radar sisteminin təqdimatı keçirilib.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, təqdimatda çıxış edən İranın Hərbi Hava Qüvvələrinin komandanı, general Əlirza Sabahfərd yeni sistemlər haqqında məlumat verib. Qeyd edib ki, bu sistemlər düşmənin 220 kilometr məsafədəki təyyarə və pilotsuz uçuş aparatlarını müşahidə etmək imkanına malikdir. Daşınan radar sistemləri insan nəzarəti olmadan aldığı siqnalları mərkəzə ötürə bilir.

Yeni radar sistemləri İranın Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib.


Story Code: 888465

News Link :
https://www.islamtimes.org/az/news/888465/iran-yeni-radar-sistemlərini-təqdim-etdi

Islam Times
  https://www.islamtimes.org