QR CodeQR Code

"ABŞ dünya iqtisadiyyatında bir parazitdir"

2 Aug 2011 10:48

IslamTimes - Rusiyanın baş naziri Vladimer Putin ABŞ-ın plansız şəkildə borclarını artırmasını tənqid edərək bu ölkənin bir parazit olaraq dünya iqtisadiyyatından qidalandığını söyləyib.


"IslamTimes"-ın "PressTV-yə istinadən verdiyi xəbərə əsasən, ötən gün Valdimer Putin Moskvanın şimal məntəqəsində yay düşərgəsindəki dövləti himayə edən gənclər qarşısında çıxış edib. Putin çıxışı zamanı ABŞ-ı tənqid edərək deyib: "ABŞ dövlət borclarını artırmaqla bir parazit kimi əməl edərək dünya bazarını təhlükə ilə üz-üzə qoyubdur.”

Putin əlavə edib: "ABŞ borclarla yaşayır. Bu ölkə maliyyə imkanlarını nəzərə alaraq addım atmır və məsuliyyəti digər dünya ölkələri üzərinə atır. Bir sözlə ABŞ parazit kimi həyat sürür.

Nəzərinizə çatdıraq ki, ABŞ prezidenti Barak Obama bazar günü dövlət borclarının yenidən artırılması barədə konqres üzvlərinin razılığa gəldiyini söylədi.
Putin sözlərinin davamında təkidlə vurğuladı: "ABŞ bu sayaq addımlarla bütün dünyanı təhlükə ilə üz-üzə qoyub. ABŞ kiçik bir sistematik problemlə üzləşəcəyi təqdirdə dünya ölkələri böyük zərbə ala bilər. Elə buna görə də yeni bir etibarlı xarici valyutaya ehtiyac var."


Story Code: 88847

News Link :
https://www.islamtimes.org/az/news/88847/abş-dünya-iqtisadiyyatında-bir-parazitdir

Islam Times
  https://www.islamtimes.org