0
Saturday 26 September 2020 - 09:26

Sudan: “Təl-Əvivlə münasibətləri normallaşdırmaq niyyətində deyilik”

Story Code : 888475
Sudan: “Təl-Əvivlə münasibətləri normallaşdırmaq niyyətində deyilik”
Sudanın xarici işlər naziri Ömər İsmayıl Qəmərəddin Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipp Qrand ilə keçirdiyi birgə mətbuat konfransı vaxtı ölkəsinin niyyətləri barədə məlumat verib.

Nazir ölkəsinin Bəhreyn rejimi və BƏƏ kimi sionist rejimlə münasibətləri normallaşdırmaq niyyəti barədə xəbərləri təkzib edib: “İsrail rejimi ilə normallaşma məsələsinə digərləri kimi baxırıq. Hamı deyir ki, münasibətləri normallaşdıracaq növbəti ölkə Sudandır, amma düşünmürəm.

Bu məsələ nə kabinet səviyyəsində araşdırılıb, nə də Dövlət Departamentində qaldırılıb, bu mənim məsuliyyətimdir. Sudan iki dövlətli həll yolunu dəstəkləyir”.

Bundan əvvəl Sionist mediası Sudanın İsrail rejimi ilə münasibətlərini normallaşdırmaq niyyətində olduğunu bildirmişdilər. /Deyerler/