QR CodeQR Code

İran afroamerikalıların öldürülməsinə görə ABŞ-a qarşı sanksiya tətbiqini irəli sürüb

26 Sep 2020 10:01

İslamTimes: İran Konstitusiyasının Mühafizə Şurasının (Konstitusiya Qəyyumları Şurası) rəsmi nümayəndəsi Abbas Əli Kəndxudayi Tehrana qarşı yeni sanksiyaları pisləyib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o buna cavab olaraq, ABŞ-da afroamerikalıların öldürülməsi ilə əlaqəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini müzakirəyə çıxarıb.

“İranın məhkəmə sistemi bu ölkədə qaradərililəri həbs edərkən məhkəməsiz, işgəncə yolu ilə öldürən şəxslərə qarşı oxşar sanksiyalar tətbiq edə bilərmi?” – deyə Kəndxudayi “Twitter” səhifəsində yazıb.


Story Code: 888479

News Link :
https://www.islamtimes.org/az/news/888479/iran-afroamerikalıların-öldürülməsinə-görə-abş-a-qarşı-sanksiya-tətbiqini-irəli-sürüb

Islam Times
  https://www.islamtimes.org