QR CodeQR Code

BƏƏ "F-35" qırıcı təyyarələrini almaq üçün ABŞ-a rəsmi müraciət etdi

26 Sep 2020 10:30

İslamTimes: İsrail rejimi ilə normallaşma müqaviləsi imzalayan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "F-35" qırıcı təyyarələrini almaq üçün ABŞ-a rəsmi müraciət etdiyi bildirilib.


"Bloomberg"in adı açıqlanmayan Amerika rəsmilərinə istinad etdiyi xəbərdə BƏƏ-nin İsrail ilə razılaşmadan bir həftə sonra rəsmi müraciət etdiyi qeyd edilib.   

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinin rəsmiləri İsrailin silah mövqeyi üstünlüyünün qorunub saxlanacağına dair zəmanət verərkən potensial silah satışı ilə bağlı açıqlama verməkdən yayınıb.   

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və baş məsləhətçisi Jared Kuşner BƏƏ-yə "F-35" qırıcı təyyarələrinin satışı üçün yaşıl işıq yandıran açıqlamalar vermiş, i.]al,;İsrail isə satış ehtimalından narahatlığını dilə gətirmişdi. /EastNews/
 


Story Code: 888505

News Link :
https://www.islamtimes.org/az/news/888505/bəə-f-35-qırıcı-təyyarələrini-almaq-üçün-abş-a-rəsmi-müraciət-etdi

Islam Times
  https://www.islamtimes.org