0
Saturday 26 September 2020 - 12:33

Gənc qaradərili xanımın qatilləri bəraət aldı, ABŞ-da ara qarışdı

Story Code : 888525
Gənc qaradərili xanımın qatilləri bəraət aldı, ABŞ-da ara qarışdı
New York Post qəzetinin verdiyi məlumata görə Kentukki məhkəməsinin 26 yaşlı qaradərili amerikalı qız Bruno Teyloru 8 güllə ilə öldürən polis məmurlarına bəraət verməsi Kentukki şəhərində irqçiliyə qarşı yeni etiraz dalğasına səbəb olub.

Üç polis məmuru Kentukki ştatının Louisville şəhərində 26 yaşlı Bruna Teylorun mənzilinə basqın edərək onu vəşicəsinə qətlə yetirmişdi.
Zənci qıza 20-dəfədən çox atəş açıldığı, 8 güllənin ona tuş gəldiyi qeyd edilir.

Gənc qızın polisin əmrinə tabe olaraq təslim olmaq üçün əllərini başının üzərinə qaldırdığı zaman onun vurulduğu bildirilir.

"Times" qəzetinin yazdığına görə, 26 yaşlı qızın polislər tərəfindən qətlə yetirilməsinə və qatillərin bəraət almasına etiraz edən amerikalılar Los Ancelesdəki "Sunset Hollywood" məntəqəsində aksiya keçirib. Amma etirazlar başlayandan bir neçə saat sonra bir mikroavtobus anidən sürətlə izdihama doğru yönləndirilib və bir neçə nəfəri əzib.
Source : IslamTimes