0
Saturday 26 September 2020 - 15:10

İraq XİN başçısı İrana yollandı

Story Code : 888558
İraq XİN başçısı İrana yollandı
O Xarici İşlər Nazirliyində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə bir araya gəlib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə daha öncə İraq xarici işlər naziri Fuad Hüseynin şənbə günü İrana səfər edəcəyi barədə xəbər vermişdi. Bu səfər zamanı İraq XİN başçısı İranın digər rəsmi şəxsləri ilə də görüşəcək.

Fuad Hüseyn deyib: "Qonşumuz İranla və bəzi məsələlərdə həmkarlığımız olan Amerika ilə şəffaflığa əsaslanan siyasət yürütməyə çalışırıq. İranla və digər ölkələrlə münasibətlərdə tarazlıq prinsipinə əməl edirik. Bağdad İran da daxil olmaqla qonşu ölkələrlə rabitələr qurur, coğrafi və iqtisadi maraqlarını izləyir. ABŞ ilə isə təhlükəsizlik və siyasi məsələlərlə bağlı həmkarlığımız var. Buna görə də Tehran və Vaşinqton arasındakı bəzi problemlərin İraqın daxili işlərinə yansımaması üçün təlaş göstəririk."
Source : IslamTimes