0
Tuesday 2 August 2011 - 11:09

Liviyanın Misrate şəhərində 30 nəfər qətlə yetirilib

Story Code : 88862
Liviyanın Misrate şəhərində 30 nəfər qətlə yetirilib
Liviyanın Misrate şəhərində 30 nəfər qətlə yetirilib
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Misrate şəhərində inqilabçılarla Müəmmər Qəzzafiyə bağlı müzdurlar arasında qarşıdurma zamanı 30 inqilabçı həlak olub, 130 nəfər isə yaralanıb.

Bundan əlavə Trablos şəhərinin 160 km-liyində yerləşən Zlitan şəhərində olan inqilabçılar Misratedəki inqilabçılara himayə olaraq şəhərin mərkəzinə qədər irəliləyiblər.

Müəmmər Qəzzafi isə çıxışı zamanı NATO və inqilabçı qüvvələrə hədə-qorxu gəlib. Onun oğlu Seyful-İslam Qəzzafi isə bildirib ki, hətta NATO öz hücumlarını dayandıracağı şəraitdə biz inqilabçılarla mübarizəni davam etdirəcəyik.
Comment