QR CodeQR Code

İngiltərədə karantin rejimi əleyhinə etiraz aksiyası keçirilib, xəsarət alanlar var

27 Sep 2020 08:58

İslamTimes: İngiltərənin paytaxtı Londonun mərkəzində minlərlə etirazçı koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş sərt məhdudiyyətlərin götürülməsi tələbi ilə icazəsiz aksiya keçirib.


APA BBC-yə istinadən xəbər verir ki, karantin rejiminin pozulması səbəbindən polis aksiyaya müdaxilə edib. 

Etirazçılarla polis arasında yaranan qarşıdurmada hər iki tərəfdən xəsarət alanlar olub. 

“Scotland Yard”ın xəbərinə görə, 4 hüquq-mühafizə əməkdaşı yaralanıb. Dəyənək xəsarətləri alan bir neçə fəal təcili tibbi yardıma müraciət edib. 

Qeyd edək ki, polis tərəfindən 10 nəfər etirazçı saxlanılıb.

Xatırladaq ki, keçən həftə Londonda keçirilən analoji aksiya zamanı isə 32 nəfər saxlanılmışdı.

 


Story Code: 888697

News Link :
https://www.islamtimes.org/az/news/888697/ingiltərədə-karantin-rejimi-əleyhinə-etiraz-aksiyası-keçirilib-xəsarət-alanlar-var

Islam Times
  https://www.islamtimes.org