QR CodeQR Code

İraqda beş silahlı partlayış zamanı həlak olub

27 Sep 2020 12:30

İslamTimes: İraqda terror aktı hazırlayan silahlılar avtomobilə partlayıcı qurğunu quraşdırarkən baş vermiş partlayş zamanı həlak olublar.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarının mətbuat xidməti bildirib.

Qeyd edilir ki, avtomobil İraqın qərbindəki Rutba şəhəri yaxınlığında səhrada partlayıb.

"İnformasiyanın dəqiqləşdirilməsindən sonra məlum olub ki, avtomobil İŞİD silahlıları tərəfindən partlayıcı maddə ilə doldurulan zaman sığınacaqlardan birində partlayıb.

"Nəticədə partlayıcı maddənin quraşdırılması ilə məşğul beş silahlı həlak olub", - xəbərdə deyilir.

 


Story Code: 888714

News Link :
https://www.islamtimes.org/az/news/888714/iraqda-beş-silahlı-partlayış-zamanı-həlak-olub

Islam Times
  https://www.islamtimes.org