QR CodeQR Code

Kelli Kraft: 2231-saylı qətnaməni pozanlara qarşı məhdudiyyətlər tətbiq olunacaq

IslamTimes , 27 Sep 2020 13:34

İslamTimes: İrana qarşı sanksiyaların bərpası ilə bağlı son həftələrdə Təhlükəsizlik Şurasına üzv dövlətlərin sərt etirazı ilə qarşılaşan ABŞ-ın BMT-dəki nümayəndəsi Kelli Kraft beynəlxalq ictimaiyyəti yenidən hədələyib


Kelli Kraft şənbə günü "CBS" kanlına verdiyi açıqlamada etiraf ki, ABŞ-ın bütün səyləri İrana zərbə vurmaqla işğalçı İsrail rejimi üçün "təhlükəsizlik" yaratmaqdır. ABŞ işğalçı İsrail rejiminin cinayətlərinə mane olmağa çalışan əsas ölkə kimi tanınan İranın başını daxili, iqtisadi problemlərə qatmaq istəyir. Kelli Kraft deyib: "Bizim diqqətimiz son aylarda yeganə hədəfimiz olan Yaxın Şərq və İsrailin təhlükəsizliyini təmin etməyə ayrılıb..."

ABŞ nümayəndəsi Almaniya, Fransa və İngiltərənin Vaşinqtonun "tətik mexanizmi"ni dəstəkləmədiyi üçün təəssüf hissi keçirdiyini söyləyib. Kraft bütün dünya ölkələrinin, xüsusi ilə Almaniyanın İsraili qorumalı olduğunu söyləyib.

Rəsmi Vaşinqtonun müttəfiqlərinin belə xoş münasibət bəsləmədiyi xanım Kraft deyib: "Mən alqışlanmaq ardınca deyiləm. 2231 saylı qətnaməni pozan hər bir ölkəyə məhdudiyyətlər tətbiq ediləcək. Dünya ölkələrini BMT-nin İrana qarşı tətbiq olunan sanksiyalarının geri qaytarılmasına riayət etməyə çağırıram.

Qeyd edək ki, Kelli Kraftın söylədiyi "BMT-nin İrana qarşı sanksiyaları"nın geri qayıtması layihəsi BMT-nin özü tərəfindən rədd edilərək ABŞ üçün böyük şok yaşadıb.


Story Code: 888723

News Link :
https://www.islamtimes.org/az/news/888723/kelli-kraft-2231-saylı-qətnaməni-pozanlara-qarşı-məhdudiyyətlər-tətbiq-olunacaq

Islam Times
  https://www.islamtimes.org