QR CodeQR Code

Bayden: Tramp yalançıdır!

IslamTimes , 27 Sep 2020 14:54

İslamTimes: Co Bayden: Debata görə narahat deyiləm, hamı Trampın yalançı olduğunu yaxşı bilir


Demokrat Partiyasının 2020-ci il ABŞ prezident seçkilərinə namizədi Co Bayden BBC-yə verdiyi müsahibədə prezident Donald Trampla debata görə narahat olmadığını bildirib.

Bayden deyib: "Mən elə düşünürəm ki, bu (debat) sadəcə açıq bir hücum olacaq. Tramp daha çox şəxsi məsələlər barədə danışacaq. Bu onun bacardığı yeganə işdir."

Bayden əlavə edib: "O (Tramp) faktlarla bağlı necə müzakirə edəcəyini bilmir, çünki o qədər də ağıllı deyil. O bir çox həqiqətlər barədə məlumatsızdır. Tramp xarici və daxili siyasət, habelə (bu məsələlərin) təfərrüatları barədə çox şey bilmir. Xalq bunu da yaxşı anlayır ki, bu prezident bir yalançıdır!"

Baydenlə Tramp arasında ilk seçki debatı bu həftə çərşənbə axşamı Ohayo ştatının Klivlend şəhərində keçiriləcək.


Story Code: 888737

News Link :
https://www.islamtimes.org/az/news/888737/bayden-tramp-yalançıdır

Islam Times
  https://www.islamtimes.org