QR CodeQR Code

Ermənistandan həyasız açıqlamalar!

IslamTimes , 27 Sep 2020 17:59

İslamTimes: 14 mülki vətəndaşımızı yaralayan işğalçı Ermənistan ordusu həyasızcasına bir açıqlama ilə hücumu Azərbaycan tərəfinin başlatdığını iddia edib


Bu gün sübh saatlarında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutan işğalçı Ermənistan ordusu ilk öncə Azərbaycana məxsus 4 helikopter, 15 PUA və 10 tankı vurduğunu iddia edib. Daha sonra Beynəlxalq İctimaiyyətə səslənən Ermənistan baş naziri Türkiyənin bu gərginliyə müdaxilə etməyəcəyindən əmin olmaq istədiklərini bildirib. O Türkiyənin son rəftarlarının Qafqazda dağıdıcı təsir qoyduğunu bildirib. Türkiyə isə öz növbəsində Azərbaycanın yanında olduğunu dilə gətirib.

Ermənistan Müdafiə Nazirliyi və Nikol Paşinyan həyasızcasına iddia edib ki, bugünki gərginliyə Ermənistan deyil, Azərbaycan başlayıb və Ermənistan ordusu da cavab vermək məcburiyyətində qalıb.

Qeyd edək ki, düşmənin təxribatına cavab verən ordumuzun işğal altında olan bir neçə məntəqəni ermənilərdən təmizlədiyi bildirilir.


Story Code: 888751

News Link :
https://www.islamtimes.org/az/news/888751/ermənistandan-həyasız-açıqlamalar

Islam Times
  https://www.islamtimes.org