0
Monday 28 September 2020 - 10:49

Lukaşenkodan Makrona atmaca: Evində problem yaşaya bilər

Story Code : 888860
Lukaşenkodan Makrona atmaca: Evində problem yaşaya bilər
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronun onu istefaya çağırmasına cavab olaraq deyib.

Lukaşenko eyni zamanda “Black Lives Matter” hərəkatını və Marsel və Lionda müsəlmanların aksiyasını xatırladıb və bildirib ki, Makronla bu qruplar arasında Minsk vasitəçilik edə bilər.

Lukaşennkonun sözlərinə görə, fransız həmkarı Belarusdakı seçkilərə həddindən artıq diqqət ayırır:

“Bu keçmiş namizədin bir xanım olduğunu nəzərə alsaq (Tixanovskaya nəzərdə tutulur - red.), Fransa lideri Fransanın daxili problemlərilə yanaşı evdə də problemlər yaşamaq riskini edir”.