QR CodeQR Code

Lukaşenkodan Makrona atmaca: Evində problem yaşaya bilər

28 Sep 2020 10:49

İslamTimes: Ölkə prezidenti olaraq cənab Makronun prinsiplərindən çıxış edərək demək istəyirəm ki, Fransa prezidentinin özü də öz məntiqinə uyğun olaraq iki il əvvəl "sarı jiletlilər" Parisdə aksiyalara çıxanda istefa verməli idi.


Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronun onu istefaya çağırmasına cavab olaraq deyib.

Lukaşenko eyni zamanda “Black Lives Matter” hərəkatını və Marsel və Lionda müsəlmanların aksiyasını xatırladıb və bildirib ki, Makronla bu qruplar arasında Minsk vasitəçilik edə bilər.

Lukaşennkonun sözlərinə görə, fransız həmkarı Belarusdakı seçkilərə həddindən artıq diqqət ayırır:

“Bu keçmiş namizədin bir xanım olduğunu nəzərə alsaq (Tixanovskaya nəzərdə tutulur - red.), Fransa lideri Fransanın daxili problemlərilə yanaşı evdə də problemlər yaşamaq riskini edir”.


Story Code: 888860

News Link :
https://www.islamtimes.org/az/news/888860/lukaşenkodan-makrona-atmaca-evində-problem-yaşaya-bilər

Islam Times
  https://www.islamtimes.org