0
Monday 28 September 2020 - 11:00

Pompeo Çini ABŞ üçün əsas xarici təhlükə adlandırıb

Story Code : 888861
Pompeo Çini ABŞ üçün əsas xarici təhlükə adlandırıb
APA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “Fox News”a verdiyi müsahibədə deyib.

“Orta və uzunmüddətli perspektivdə ABŞ-ın üzləşdiyi ən böyük xarici təhlükə bu gün Çindəki rejim tərəfindən ortaya qoyulan təhlükədir, bu, Si Çinpinin rəhbərlik etdiyi Çin Kommunist Partiyasıdır”, - deyə Pompeo bildirib.

Xatırladaq ki, sentyabrın əvvəllərində “Fox News” telekanalının efirində Pompeo ABŞ üçün Çinin Rusiyadan daha çox təhlükə yaratdığını qeyd etmişdi.