0
Monday 28 September 2020 - 11:25

ABŞ-da şok: Tramp 10 ildir vergi ödəmir - İddia

Story Code : 888867
ABŞ-da şok: Tramp 10 ildir vergi ödəmir - İddia
Teleqraf.com xəbər verir ki, bunu “Nyu York Tayms” qəzeti yazıb.

Trampın uzun müddətli vergi qeydlərini ələ keçirən qəzet prezidentin milyonlarla dollar borcu olduğunu və əmlakına zərər verdiyini iddia edib.

Xəbərə görə, Trampın şirkətlərinin itkisi qazancından çox olduğu üçün vergidən yayınıb.

Tramp isə “Nyu York Tayms” qəzetinin xəbərlərini təkzib edərək onu tamamilə saxta xəbər adlandırıb.

Nə qədər vergi ödədiyinə dair sualları cavablandırmayan Tramp vergi bəyannaməsinin hazırda nəzarət altında olduğunu və yoxlama başa çatdıqdan sonra elan edəcəyini bildirib.

ABŞ-ın keçmiş prezidentlərindən fərqli olaraq Tramp vergi bəyannamələrini açıqlamır.

ABŞ-da prezidentliyə namizədlərin vergi bəyannaməsi sənədlərini seçkidən əvvəl açıqlaması qanuni öhdəlik sayılmasa da, 1976-cı ildən bəri bütün prezidentliyə namizədlər bəyannamələri ictimaiyyətə təqdim edirlər.