0
Monday 28 September 2020 - 14:29

Venesuela ABŞ-ın sanksiyalarına qarşı yeni plan hazırlayır

Story Code : 888906
Venesuela ABŞ-ın sanksiyalarına qarşı yeni plan hazırlayır
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Maduro Tvitter səhifəsində bunları yazıb: “Anti-sanksiya qanunu üzərində işləyirik ... Bu ABŞ-ın cinayət sanksiyalarına qarşı konstitusiya müddəasıdır. Bu qanunu çərşənbə axşamı parlamentə təqdim edəcəyik”.

Maduronun bildirdiyinə görə, ABŞ-ın sanksiyaları nəticəsində ölkədəki müxtəlif iqtisadi sahələrin nə qədər ziyan çəkdiyini müəyyənləşdirmək üçün yeni sorğu keçiriləcək.

Venesuela prezidenti yeni qanunun ABŞ sanksiyalarının mənfi iqtisadi, maliyyə və sosial təsirlərini azaldacaq tədbirləri əhatə edəcəyini də açıqlayıb.

Xatıradaq ki, ABŞ Maliyyə Nazirliyi keçən həftə sanksiya siyahısına daha 5 Venesuela rəsmisini əlavə etmişdi.