QR CodeQR Code

Ermənistan ballistik raketlər və Suxo qırıcıları ilə hədələdi

IslamTimes , 28 Sep 2020 16:49

İslamTimes: Artsrun Ovannisyan: "zamanı gəldiyində mütləq ballistik raket və qırıcılardan istifadə ediləcək..."


"News.am" saytının yaydığı məlumata görə işğalçı Ermənistanın Müdafiə Nazirinin mətbuat katibi Artsrun Ovannisyan Erməni tərəfin hansı vəziyyətdə İskəndər ballistik raketlərindən və SU30SM qırıcılarından istifadə edəcəyi haqda danışıb. O bildirib ki, hələ ki, konkret hansı silahdan istifadə ediləcəyini müzakirə etmək zamanı deyil.

Jurnalistin İskəndər ballistik raketi və SU30SM qırıcılarından nə zaman istifadə ediləcəyi ilə bağlı sualına cavab olaraq Artsrun Ovannisyan deyib: "Lazım bildiyimiz an, müvafiq döyüş əməliyyatlarında bu silahlardan istifadə etməyin zamanı gəldiyində mütləq ballistik raket və qırıcılardan istifadə ediləcək..."

Sonda işğalçı rejim rəsmisi iddia edib ki, Azərbaycan ordusu yaşayış yerlərini hədəf alıb və o həmin yerlərə gedərək, bu yerlərdən video görüntülər paylaşacaq. O elə bir halda bu iddianı irəli sürüb ki, döyüşlər Ermənistan ərazisində deyil, yalnız Azərbaycanın işğal olunmuş ərazilərində aparılır!

Şübhəsiz ki, Ermənistan ballistik raket və qırıcılardan istifadə edərsə, güclü Azərbaycan ordusunun sarsıdıcı zərbələri ilə üzləşərək, öz sonlarını daha da tezləşdirmiş olacaq!


Story Code: 888943

News Link :
https://www.islamtimes.org/az/news/888943/ermənistan-ballistik-raketlər-və-suxo-qırıcıları-ilə-hədələdi

Islam Times
  https://www.islamtimes.org