0
Monday 28 September 2020 - 20:37

Tramp qızını ABŞ-ın vitse-prezidenti etmək istəyib, amma...

Story Code : 888986
Tramp qızını ABŞ-ın vitse-prezidenti etmək istəyib, amma...
ABŞ prezidenti Donald Trampın sabiq məsləhətçisi Rick Gates "Wicked Game" adlı kitabında Trampla bağlı bir sıra gizli məqamları ifşa edib. Sabiq müşavirin kitabında "Tramp necə qələbə çaldı", "Müllerin məğlubiyyəti" və "ABŞ məhvə sürükləndi" kimi mövzulardan danışılıb. Sabiq məsləhətçi İvanka Tramp haqqında qalmaqallı açıqlamaları ilə yadda qalan Donald Trampın İvankanı uzun müddət vitse-prezident postuna gətirməyə çalışdığını bildirib.

Vaşinqton Post qəzeti də bu mövzuya işarə ilə yazıb "Elə görünür ki, bu şəxs (vitse-prezident) İvanka olmalıdır.

İddiaya əsasən, İvanka Tramp atasının bu istəyini geri çevirib və vitse-prezident olmaqdan imtina edib.

Qeyd edək ki, daha öncələr qızının gözəlliyinə heyran olduğunu bildirən Donald Tramp "Əgər qızım olmasaydı, İvankanı əldə etmək üçün hərəkətə keçərdim" demişdi. İvanka isə bu sözlərdən sonra "Əgər bu sözləri başqa biri söyləsəydi, ona bibər qazı ilə qarşılıq verərdim" demişdi.
 
Source : IslamTimes