0
Tuesday 29 September 2020 - 07:38

Kanada və Böyük Britaniya Qarabağla bağlı bəyanat yaydı

Story Code : 889043
Kanada və Böyük Britaniya Qarabağla bağlı bəyanat yaydı
Trend bəyanatın mətnini təqdim edir:

"Kanada və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən çox narahatdırlar. Yaşayış məntəqələrinin atəşə tutulması və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatlar dərin narahatlıq doğurur. Hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəsə əməl olunmasına və mülki şəxslərin qorunmasına çağırırıq. Dağlıq Qarabağdakı münaqişənin istənilən həlli zorakılığın qəbul edilməməsi prinsipinə əsaslanmalı və ATƏT-in Minsk Qrupu tərəfindən müəyyən edilmiş çərçivədə danışıqlar və sülh yolu ilə həll edilməlidir. Biz ATƏT-in Minsk Qrupunun işini və həmsədrlərin dünənki bəyanatını tam dəstəkləyirik”.