QR CodeQR Code

Ayətullah Xameneinin nümayəndəsi: "Qarabağ Azərbaycanındır və..."

IslamTimes , 29 Sep 2020 07:25

İslamTimes: "Mən Ayətullah Xameneinin rəsmi nümayəndəsi olaraq bildirirəm ki, Qarabağı işğal edən ermənilər təcavüzkardır! Biz onları məhkum edirik."


İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad Azərbaycan-Ermənistan arasında yaşanan gərginliyə və İranın Ermənistanı himayə etməsi şayiələrinə münasibət bildirib.

Əli Əkbər Ocaq Nejad Azərbaycan xalqını bir neçə kəndin azad edilməsi münasibətilə təbrik edib və şəhidlik zirvəsinə ucalanlara görə başsağlığı verərək deyib:

"İran İslam Respublikası və İran xalqı həmişə Azərbaycan xalqının yanında olub və bundan sonra da nə qədər lazım olarsa Azərbaycanın yanında olacağıq! İran hər zaman bildirib ki, Qarabağ Azərbaycanındır və biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Mən Ayətullah Xameneinin rəsmi nümayəndəsi olaraq bildirirəm ki, Qarabağı işğal edən ermənilər təcavüzkardır! Biz onları məhkum edirik. Qarabağ uğrunda həyatını itirən (azərbaycanlılar) şəriət baxımından da şəhid hesab olunur. Allah bizi bu şəhidlərdən ayrı salmasın. Allah bu şəhidləri İmam Hüseynlə birgə qərar versin. Allah Azərbaycan xalqına izzət versin. Allah Azərbaycan torpağını qoruyan mücahidləri qorusun. Allahdan istəyirəm ki, onlar uğurla, şad xəbərlə geri dönsünlər və bu qələbə şadlıq mərasimləri ilə qeyd edilsin. Sözümün canı budur ki, sizlərə çatdırdım. İran haqda gəzən şayiələrin yalan olduğunu və bu şayiələri düşmənlərin yaydığını bildirirərəm."


Story Code: 889081

News Link :
https://www.islamtimes.org/az/news/889081/ayətullah-xameneinin-nümayəndəsi-qarabağ-azərbaycanındır-və

Islam Times
  https://www.islamtimes.org