0
Tuesday 29 September 2020 - 11:33

Təbrizin imam-cüməsi: "Biz Azərbaycanı dəstəkləyirik!"

Story Code : 889099
Təbrizin imam-cüməsi: "Biz Azərbaycanı dəstəkləyirik!"
Ayətullah Seyid Əli Xameneinin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmməd Əli Ali-Haşim Azərbaycan və işğalçı Ermənistan arasında baş verən son gərginliyə münasibət bildirərək deyib:

"Dağlıq Qarabağdakı müharibəyə münasibət bildirmək əslində dövlət rəsmiləri və diplomatik nümayəndəliklərin vəzifəsidir. Amma mən Şərqi Azərbaycan əhalisinin dilindən bəzi sözləri çatdırmaq istəyirəm. Əvvəlcə baş verənlərə görə və bir qrup azərbaycanlının bu döyüşdə şəhid olmasına görə dərin təəssüf hissi keçirdiyimizi bildirmək istəyirəm. Mövcud münaqişədə mövqeyimiz Qarabağı, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdir! Dəfələrlə qeyd olunub ki, müharibə və qarşıdurmalar hər iki tərəfin itkisi ilə nəticələnir. Amma biz Ermənistan hökumətindən hərbi əməliyyatları dayandırmasını tələb edirik!" 

Ayətullah Xameninin nümayəndəsi Ermənistandan təxribatçı hücumları dayandırmağı istədikdən sonra deyib: "Müharibə və qan tökülməsi heç bir problemi həll etməyəcək və daha çox qan tökülməmiş mübahisələrə son qoymaq lazımdır. Dialoq və danışıqlar vasitəsi ilə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı ixtilaflar həll edilməlidir."

Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Əli Ali-Haşim sonda deyib: "Azərbaycanla bağlı son təxribatın başlamasına işğalçı Sionist rejimin səbəb olduğuna əminik. Sionist rejimin təhrikləri bu bölgələrdə qarşıdurmalar yaşanmasına səbəb olub."
Source : IslamTimes