QR CodeQR Code

Roma papası Pompeo ilə görüşməkdən imtina etdi

29 Sep 2020 12:37

İslamTimes: Katolik kilsəsinin lideri Roma papası Fransisk ABŞ-ın dövlət katibi Mayk Pompeonun Vatikana edəcəyi səfəri vaxtı görüşməkdən imtina etdiyi məlum olub.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Yunanıstanda danışıqlar aparan ABŞ-ın dövlət katibi Mayk Pompeo bu həftə Vatikana səfər edəcək. Pompeo Vatikana Çinlə aralarındakı razılaşma ilə əlaqədar reaksiya verəcəyi səfərdə, müxtəlif səlahiyyətlilərlə görüşərkən Papa Fransiskin bu qrupa daxil olmadığı öyrənilib.

“The İndependent” qəzetindəki xəbərə görə, mənbələr Papanın görüşdən imtina etməsinin ABŞ-da keçiriləcək seçkilər və Trampın Vatikan və Çinin razılaşmasına verdiyi reaksiyası olduğunu söyləyib.

Vatikan ilə Çin arasındakı razılaşma, Vatikana Çində yepiskopların təyin edilməsində söz sahibliyi verir. İki il əvvəl imzalanan razılaşmadan bəri Çində Vatikanla görüşərək iki yepiskop təyin edilib. Tramp administrasiyası Vatikanın Çin ilə müqaviləni davam etdirməməli olduğunu iddia edir.


Story Code: 889109

News Link :
https://www.islamtimes.org/az/news/889109/roma-papası-pompeo-ilə-görüşməkdən-imtina-etdi

Islam Times
  https://www.islamtimes.org