0
Tuesday 29 September 2020 - 12:37

Roma papası Pompeo ilə görüşməkdən imtina etdi

Story Code : 889109
Roma papası Pompeo ilə görüşməkdən imtina etdi
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Yunanıstanda danışıqlar aparan ABŞ-ın dövlət katibi Mayk Pompeo bu həftə Vatikana səfər edəcək. Pompeo Vatikana Çinlə aralarındakı razılaşma ilə əlaqədar reaksiya verəcəyi səfərdə, müxtəlif səlahiyyətlilərlə görüşərkən Papa Fransiskin bu qrupa daxil olmadığı öyrənilib.

“The İndependent” qəzetindəki xəbərə görə, mənbələr Papanın görüşdən imtina etməsinin ABŞ-da keçiriləcək seçkilər və Trampın Vatikan və Çinin razılaşmasına verdiyi reaksiyası olduğunu söyləyib.

Vatikan ilə Çin arasındakı razılaşma, Vatikana Çində yepiskopların təyin edilməsində söz sahibliyi verir. İki il əvvəl imzalanan razılaşmadan bəri Çində Vatikanla görüşərək iki yepiskop təyin edilib. Tramp administrasiyası Vatikanın Çin ilə müqaviləni davam etdirməməli olduğunu iddia edir.