0
Tuesday 29 September 2020 - 12:45

İzvestiya: Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb

Story Code : 889111
İzvestiya: Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın “İzvestiya” media resursu Xankəndindəki müxbirinə istinadən məlumat yayıb.

Müxbirinin verdiyi xəbərə görə, insanlar kütləvi şəkildə Ermənistana gedirlər: “Onlar İrəvana göndərilir. Deyirlər ki, onları orada mütləq qarşılayacaqlar. Polis yoldan avtomobillə keçənləri saxlayır. Avtomobili olanlar Dağlıq Qarabağ əhalisini pulsuz Ermənistana daşıyır”.