QR CodeQR Code

BMT TŞ-nin xüsusi Qarabağ iclasında nə gözlənilir? - Açıqlama

29 Sep 2020 13:21

İslamTimes: Xəbər verdiyimiz kimi, bu gün BMT-nin Təhlükəsizlik Şurasının xüsusi iclasında Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunacaq.


İclas əyani keçiriləcək və Suriya ilə bağlı toplantıdan sonra baş tutacaq. İclasın çağırılması üçün Fransa, Böyük Britaniya, Almaniya, Belçika və Estoniya “digər məsələlər” təsnifatı ilə müraciət ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ölkəsinin təşəbbüsünü Azvision.az -a şərh edərkən bildirib ki, bu mövzu ölkəsinin Xarici İşlər naziri Heiko Maasın diqqət mərkəzində olduğu üçün belə bir addım atılıb. Məqsəd BMT üzvlərini real vəziyyətlə bağlı məlumatlandırmaqdır.

İclasda hansısa qətnamənin qəbulu planlaşdırılmır.


Story Code: 889126

News Link :
https://www.islamtimes.org/az/news/889126/bmt-tş-nin-xüsusi-qarabağ-iclasında-nə-gözlənilir-açıqlama

Islam Times
  https://www.islamtimes.org