QR CodeQR Code

İlk debatdan öncə Bayden Trampı üstələdi

IslamTimes , 29 Sep 2020 15:07

ABŞ-dakı ilk seçki debatına bir gündən az bir müddət qaldığı halda sorğulara əsasən Demokratların prezidentliyə namizdi Co Baydenin hazırkı prezident Donald Trampı qabaqladığı məlum olub.


Hill veb saytı və Harris Tədqiqat İnstitutu tərəfindən müştərək şəkildə aparılmış sorğuya əsasən, Bayden bütün ABŞ ərazisində Trampdan 5 faiz daha artıq səs qazanıb.

Araşdırmaya görə, Bayden ilk seçki debatından öncə Amerika xalqının 45 faizinin dəstəyini qazanıb. Tramp isə seçilərin 40%-nin dəstəyinə sahibdir.

Bayden və Trampın arasında ilk seçki debatının çərşənbə günü keçirməsi planlaşdırılır. Co Bayden Trampın bu debatda şəxsi məsələlərlə bağlı hücumlar planlaşdırdığını və söyləyəcəyi yalanlarla onu "vurmağa" hazırlaşdığını bildirib.

Qeyd edək ki, iki ABŞ universitetinin hazırladığı digər anketlərə əsasən Bayden ABŞ əyalətlərində Trampdan 10 faiz daha artıq səs toplayıb.


Story Code: 889144

News Link :
https://www.islamtimes.org/az/news/889144/ilk-debatdan-öncə-bayden-trampı-üstələdi

Islam Times
  https://www.islamtimes.org